Türkiyədən Azərbaycana qanunsuz yolla qaz balonlarının keçirilməsinin qarşısı alınıb

Hadisə
  • 15 avqust, 2018
  • 08:29
Türkiyədən Azərbaycana qanunsuz yolla qaz balonlarının keçirilməsinin qarşısı alınıb

Bakı. 15 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

“Report” DGK-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşının idarə etdiyi "Renoult" markalı yük nəqliyyat vasitəsinə təkrar baxış zamanı, gömrük orqanına bəyan olunmayan 63 ədəd "Freon® ;404A" markalanma yazısı olan qaz balonları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə