Türkiyədə qanunsuz yolla ölkəyə 1 mln. dollarlıq qiymətli daşlar keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO
Hadisə
- 04 iyul, 2016
- 09:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyul. REPORT.AZ/ İstanbulda ölkəyə qanunsuz yolla külli miqdarda qiymətli daşlar keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qaçaqmalçılığa qarşı mübarizə şöbəsi İstanbulun Sabiha Gökçen hava limanında çay paketlərində 5,5 kq zümrüdü Türkiyə ərazisinə keçirməyə çalışan şəxsi saxlayıb. Azərbaycan vətəndaşı olan həmin şəxsin keçirmək istədiyi qiymətli daşların ümumi dəyəri isə təqribən 1 milyon dollar məbləğində olub.
Saxlanılan şəxsin qiymətli daşları qaçaqmalçılıq yolu ilə BƏƏ-dən gətirən mütəşəkkil cinayətkar qrupun üzvü olduğu ehtimal olunur.
Faktla bağlı istintaq başlanılıb.
Son xəbərlər
10:05
Türkiyədə bələdiyyə sədri və oğlu rüşvətə görə həbs edilib
Region
10:04
Anar Əliyev Şuşada vətəndaşları qəbul edəcək
Daxili siyasət
09:55
Foto
Laçında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub
Daxili siyasət
09:53
Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Region
09:49
Cənubi Sendviç adaları bölgəsində 5,2 maqnitudalı zəlzələ olub
Digər ölkələr
09:47
Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib
Daxili siyasət
09:45
Cənubi Koreya şirkəti infrastukturu rəqəmsallaşdırmaqda ADY-yə kömək edəcək
İnfrastruktur
09:44
Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan var
Hadisə
09:44
"Turan" klubu bu gün CEV Çempionlar Liqasında ilk oyununu keçirəcək
Komanda