Tovuzda yanacaqdoldurma məntəqəsinin operatorunu döyən şəxs oradan pul aparıb - YENİLƏNİB
Hadisə
- 01 mart, 2017
- 08:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz. 1 mart. REPORT.AZ/ Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinin operatorunu döyən şəxs oradan pul aparıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qovlar şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.
Belə ki, şəhər sakini Elşad Hüseynov "Mercedes" markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib. Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb etdikdə E.Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
00:56
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?
Daxili siyasət
00:46
Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib
Region
00:09
Foto
Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var
Hadisə
00:01
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Daxili siyasət
00:00
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
23:48
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub olub
Komanda
23:34
Tramp Ukraynada "Starlink"in zəifləməsində iştirakını inkar edib
Digər ölkələr
23:10
Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Xarici siyasət
22:54
Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük"
Futbol