Tovuzda top mərmisi tapılıb

Hadisə
  • 05 mart, 2019
  • 13:33
Tovuzda top mərmisi tapılıb

Bakı. 5 mart. REPORT.AZ/ Tovuz rayonunda top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a bildirilib ki, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, İbrahim Hacılı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.