Tovuzda qadını əqrəb sancıb

Hadisə
  • 12 avqust, 2017
  • 09:43
Tovuzda qadını əqrəb sancıb

Tovuz. 12 avqust. REPORT.AZ/ Tovuz rayonunda qadını əqrəb sancıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədova Züleyxa Mahir qızı yaşadığı evdə iş görən zaman onu əlindən əqrəb sancıb. Xəstəxanaya çatdırılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.