Tovuzda körpə sirkə turşusu içərək zəhərlənib

Hadisə
  • 08 sentyabr, 2017
  • 12:06
Tovuzda körpə sirkə turşusu içərək zəhərlənib

Tovuz. 8 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda körpə sirkə turşusu içərək zəhərlənib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, rayonun Düzqırıqlı kənd sakini, 2016-cı il təvəllüdlü Məmmədova Məryəm Ayaz qızı yaşadığı evdə sirkə turşusu içib. Zəhərlənən körpə ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun vəziyyəti ağır olaraq qalır.