Tovuzda iki avtomobil toqquşub: xəsarət alan var
Hadisə
- 18 fevral, 2017
- 20:35
Tovuz. 19 fevral. REPORT.AZ/ Tovuz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
"Report"un qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Düzqırıxlı kəndində baş verib.
Kənd sakini, 1984-cü il təvəllüdlü Bağırov Anar Hidayət oğlunun idarə etdiyi "VAZ -2107" markalı avtomobil qarşıdan gələn digər avtomobillə toqquşub. Nəticədə A.Bağırov müxtəlif bədən xəsarətləri alıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
A.Bağırova həkimlər tərəfindən tibbi yardım göstərilib və yaralıya güclü kəllə-beyin travması diaqnozu qoyulub. O, travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti orta ağırdır.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
01:26
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
Region01:05
Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib
Xarici siyasət00:36
Foto
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib
Hadisə00:13
Muxtar Babayev BCAW 2026 və CW4 ilə bağlı paylaşım edib
Xarici siyasət23:51
Tramp ABŞ-də Kanadanın "Bombardier" təyyarələrinin satışını dayandırmağa çağırıb
Digər ölkələr23:42
Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur23:34
Foto
Tovuzda zəncirvari qəza zamanı bir nəfər ölüb
Hadisə23:24
"Oasis"in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb
Digər ölkələr23:01