Tovuzda əri tərəfindən bıçaqlanan qadın öldü

Hadisə
  • 08 avqust, 2020
  • 18:10
Tovuzda əri tərəfindən bıçaqlanan qadın öldü

Tovuz rayonunda həyat yoldaşı tərəfindən bıçaqlanan qadın yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, həkimlərin səyinə baxmayaraq 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Məmmədova həyat yoldaşı, 1986-cı il təvəllüdlü Malik Məmmədəliyev tərəfindən bıçaqlanmışdı.

13:05

Tovuz rayonunda 30 yaşlı qadına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovaya bıçaq xəsarəti yetirən həyat yoldaşı, 1986-cı il təvəllüdlü Malik Məmmədəliyev tutulub. 

Faktla bağlı araşdırma aparılır.

22:53, 7 avqust

Tovuz rayonunda qadının bıçaq xəsarəti alması ilə nəticələnən hadisə qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Aşağı Quşçu kəndində baş verib. 1990-cı il təvəllüdlü R.Məmmədova bıçaq xəsarəti alıb. Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı şəraitdə bıçaq xəsarəti alması hələ məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.