Tovuzda "Azərsığorta"nın filial müdirinin qatili saxlanılıb

Hadisə
  • 24 aprel, 2017
  • 16:12
Tovuzda Azərsığortanın filial müdirinin qatili saxlanılıb
Report.az

Tovuz. 24 aprel. REPORT.AZ/ Tovuz rayonunda baş vermiş qətlin üstü açılıb.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, "Azərsığorta" Dövlət Siğorta Kommersiya Şirkətinin Tovuz rayon filialının rəhbəri, 1956-cı il təvəllüdlü Raya Nəsrəddin qızı Bayramovanın qatili saxlanılıb. 

Tovuz Rayon Prokurorluğunun əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun 1964-cü il təvəllüdlü Vidadi Bəhman oğlu Vəliyev tərəfindən qətlə yetirildiyi məlum olub və barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.