Tovuzda avtomobil yol kənarındakı maneəyə çırpılıb, xəsarət alanlar var
Hadisə
- 25 yanvar, 2017
- 15:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz. 25 yanvar. REPORT.AZ/ Tovuz rayonunda yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xatınlı kəndi istiqamətinə gedən yolda qeydə alınıb.
Belə ki, Tovuz sakini, 1990-cı il təvəllüdlü Əhməd Sahib oğlu Əhmədovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Qəza zamanı avtomobildə bir sərnişin olsa da, o, ciddi xəsarət almayıb.
Faktla bağlı Tovuz Rayon Polisi Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
00:17
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
Digər ölkələr00:00
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
Daxili siyasət23:48
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Fərdi23:28
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Region22:57
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Digər ölkələr22:38
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Digər ölkələr22:18
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Xarici siyasət21:54
Foto
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Fərdi21:50