Tovuzda avtomobil qəzası baş verib, yaralılar var
Hadisə
- 25 fevral, 2018
- 19:18
Tovuz. 25 fevral. REPORT.AZ/ Tovuz rayonunda avtomobil qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhər ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2103" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ-2103" markalı avtomobilin sürücüsü, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Cavanşır Cahangir oğlu Yusibov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir.
Hadisə zamanı digər avtomobilin sürücüsü də xəsarət alıb. Lakin o, hadisə yerindən uzaqlaşıb. Şahidlərin sözlərinə görə, qaçan sürücü sərxoş imiş. O, avtomobilini digər maşına çırpıb, daha sonra isə hadisə yerindən uzaqlaşıb.
Son xəbərlər
07:48
Uitkoff İranla məsləhətləşmələri uğurlu adlandırıb
Digər ölkələr07:16
Böyük Britaniyada informasiya hücumlarına qarşı mərkəz yaradılacaq
Digər ölkələr06:51
Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika06:17
Foto
Yalçın Rəfiyev BMT-nin Yüksək Səviyyəli Həftəsində bir sıra tədbirlərdə iştirak edib
Xarici siyasət06:11
Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak edib
Xarici siyasət06:05
AİB: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
Maliyyə05:32
İspaniya gələn ildən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandıracaq
Digər ölkələr05:04
Media: Hakerlər FTB əməkdaşlarının məlumatlarını ələ keçiriblər
İKT05:01