Tovuzda 58 yaşlı kişi bıçaqlanıb
Hadisə
- 18 mart, 2017
- 20:09
Tovuz. 19 mart. REPORT.AZ/ Tovuz rayonunda 58 yaşlı kişi mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Düzçırdaxan kəndində baş verib.
Kənd sakini, 1959-cu il təvəllüdlü, Mehdiyev Telman Mehman oğlu, hələ ki, kimliyi bilinməyən şəxslə mübahisə edib. Bu zaman qarşı tərəf onu bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti ağır olaraq qalır.
Tovuz rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisənin kim tərəfindən törədildiyi və səbəbi istiqamətində araşdırmalar aparılır.
Son xəbərlər
11:47
Bakı Limanı: Bu ilin sonlarında Xəzər dənizinin dibinin dərinləşdirilməsinə başlanılacaq
İnfrastruktur11:45
Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzər dənizindəki azalmaları aşkar görmək mümkündür
Xarici siyasət11:45
Kibertəhlükəsizlik sahəsində insan səhvlərinin qarşısının alınması üçün süni intellektdən istifadə təklif olunub
İKT11:44
Naxçıvanda indiyə qədər 6 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb
Maliyyə11:43
Bakı Limanında 8 ayda 85 min TEU-dan çox konteyner aşırılıb
İnfrastruktur11:38
Türkiyəli din xadimi: Qarabağ şəhidlərinin qanı yerdə qalmayıb
Qarabağ11:37
Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir
Xarici siyasət11:31
Xudayar Həsənli: "Bakı limanında 2027-ci ildə baş planlaşdırma dərinləşdirmə işlərinə start veriləcək"
İnfrastruktur11:31