Tovuzda 3 yaşlı uşaq odun sobasına dəyərək kəllə-beyin travması alıb

Hadisə
  • 11 dekabr, 2016
  • 18:06
Tovuzda 3 yaşlı uşaq odun sobasına dəyərək kəllə-beyin travması alıb

Tovuz. 11 dekabr. REPORT.AZ/ Tovuzda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Eyyublu kənd sakini, 2013-cü il təvəllüdlü Bayramzadə Fidan Fürudin qızı yaşadığı evdə oynayarkən yıxılıb və başı otaqda qurulan odun sobasına dəyib.

Ağır kəllə-beyin travması alan Fidan Bayramzadə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən dərhal tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi