Tovuzda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə
  • 21 fevral, 2017
  • 18:28
Tovuzda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Tovuz. 21 fevral. REPORT.AZ/ Axşam saatlarında Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 1975-ci il təvəllüdlü, Arif Qasımovun idarə etdiyi "VAZ -2106" markalı avtomobil qarşı tərəfdən gələn, Tovuz rayon sakini, 1990-ci il təvəllüdlü, Musa Nağıyevin idarə etdiyi "VAZ -2107" markalı avtomobil ilə toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralılardan birinin vəziyyəti orta-ağırdır, digəri isə vəziyyəti pisləşdiyindən əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.