Tovuzda 1 yaşlı uşağın üzərinə qaynar su tökülüb, vəziyyəti ağırdır
Hadisə
- 12 iyul, 2017
- 10:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz. 12 iyul. REPORT.AZ/ Tovuz rayonunda 1 yaşlı uşağın üzərinə qaynar su ilə dolu olan qazan aşıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Bozalqanlı kənd sakini, 2016-cı il təvəllüdlü Tunar Ərəstun oğlu Hacıyev yaşadığı evdə nəzərətsiz qalıb və uşağın hələki bilinməyən səbəbdən üzərinə qaynar su ilə dolu qazan aşıb. Ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılan uşağın bədəninin 25 faizi yanıb. Həkimlər tərəfindən göstərilən tibbi xidmətdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, uşağın vəziyyəti ağırlaşdığından onu Respublika Yanıq Mərkəzinə köçürüblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:08
ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır
Maliyyə
23:07
Lazar Spasiç: "Trabzonspor"a qarşı müdafiədə lazımi səviyyədə çıxış etmədik"
Komanda
22:39
Foto
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Xarici siyasət
22:30
İran sonsuz müharibə və nəticəsiz danışıqlar aparmaq niyyətində deyil
Region
22:23
Yaponiya ABŞ-də yarımkeçirici zavodlarının tikintisinə 21 milyard dollar ayıracaq
Digər ölkələr
22:21
"Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis: "Azərbaycanlı basketbolçularda istedad var"
Komanda
22:12
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar
Digər ölkələr
22:10
"Neftçi" FIBA Avropa Kubokunda Latviya klubuna uduzub
Komanda
22:04
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Xarici siyasət