Tərtər sakini laqunda ilə özünə xəsarət yetirib, barmaqları amputasiya edilib

Hadisə
  • 04 yanvar, 2018
  • 14:19
Tərtər sakini laqunda ilə özünə xəsarət yetirib, barmaqları amputasiya edilib

Tərtər. 4 yanvar. REPORT.AZ/ Tərtər rayon sakini laqunda ilə özünə xəsarət yetirib, barmaqları amputasiya edilib.

"Report"un  Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qaynaq kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Polad Cümşüd oğlu Məmmədov laqunda ilə özünə xəsarət yetirib. 

Yaralı dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onun vəziyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Xəstəxanadan verilən məlumata görə, yaralı əməliyyat olunub və sol əlinin barmaqları amputasiya edilib.

44 - Tezliklə