Telekommunikasiya şirkəti Bakı Metropolitenini məhkəməyə verib

Hadisə
  • 28 iyun, 2017
  • 05:33
Telekommunikasiya şirkəti Bakı Metropolitenini məhkəməyə verib

Bakı. 28 iyun. REPORT.AZ/ “Konnekt” MMC telekommunikasiya şirkəti “Bakı Metropoliteni” QSC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət erdən MMC QSC-dən pul tutulması barədə tələb irəli sürüb.

Məhkəmə qətnamə çıxararaq iddianı rədd edib. Qərardan narazı qalan “Konnekt” MMC apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

44 - Tezliklə