Qazaxda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hadisə
  • 28 mart, 2024
  • 07:37
Qazaxda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbə ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmov tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinib.

R. Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

44 - Tezliklə