Tanışını bıçaqlamaqda təqsirləndirilən Qarabağ müharibəsi əlilinə hökm oxunub

Hadisə
  • 26 oktyabr, 2017
  • 09:25
Tanışını bıçaqlamaqda təqsirləndirilən Qarabağ müharibəsi əlilinə hökm oxunub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1956-cı il təvəllüdlü Məhərrəmov Zahid Allahberdi oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, akim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Z.Məhərrəmovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Z.Məhərrəmov məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, Z.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2011-ci ildə də qəsdən sağlamlığa zərər vurduğuna görə həbs edilən Z.Məhərrəmov 2014-cü ildə vaxtın əvvəl azadlığa buraxılıb.

Qeyd edək ki, Z.Məhərrəmov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 228-ci (qanunsuz silah gəzdirmə) maddələri ilə təqsirli bilinib.

İttiham aktına əsasən, o, tanışı Elmin Niftiyevi bıçaqlayıb.

Onu da əlavə edək ki, Z.Məhərrəmov Qarabağ döyüşlərinin iştirak edib və Qarabağ müharibəsi əlilidir.