Bakıda sürücü idarəetməni itirdi, ağır xəsarət aldı
Hadisə
- 19 avqust, 2020
- 20:36
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1963-cü il təvəllüdlü Süleymanov Vaqif Mikayıl oğlu hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəye çırpılıb və sürücü ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
İlqar Abdullayev
Son xəbərlər
00:40
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
Digər ölkələr00:15
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb
Digər ölkələr23:55
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
Digər ölkələr23:45
ABŞ-nin energetika naziri hazırda İranla razılaşmaya ümid etməməyə çağırıb
Digər ölkələr23:30
UKMTO: Hörmüz boğazında gəmilərdən biri hücuma məruz qalıb
Digər ölkələr23:16
Kris Rayt: ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır
Digər ölkələr22:59
Göyərtəsində ABŞ konqresmeninin olduğu təyyarə gölə qəza enişi edib
Digər ölkələr22:44
İstanbulda avtobusun alışması nəticəsində ölən və yaralananlar var
Region22:28
Foto