Goranboyun Nizami və Xoylu kəndlərinin sakinləri sursat anbarında yanğınla bağlı təxliyə ediliblər

Hadisə
  • 02 sentyabr, 2026
  • 10:26
Goranboyun Nizami və Xoylu kəndlərinin sakinləri sursat anbarında yanğınla bağlı təxliyə ediliblər

Gecə saatlarında Goranboy rayonunda sursat anbarında baş verən yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar.

Bu barədə "Report"un Qərb bürosuna Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, ümumilikdə təxliyə olunanların sayı 5 min nəfər təşkil edir.

Bildirilib ki, Nizami kəndinin girişində post quraşdırılıb.