Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb

Hadisə
  • 25 sentyabr, 2024
  • 23:58
Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb

Bakının Suraxanı rayonunda 34 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı yaralanıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Hacıyev Kamran Məsud oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə