Suraxanıda 45 yaşlı qadın yol qəzasında xəsarət alıb

Hadisə
  • 16 iyul, 2024
  • 01:48
Suraxanıda 45 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakının Suraxanı rayonunda 45 yaşlı qadın yol qəzasında xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Mühürova Firuzə Fakir qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.