Suraxanı rayonunda 2 yaşlı körpə yol qəzasında ağır xəsarət alıb

Hadisə
  • 13 iyun, 2024
  • 04:05
Suraxanı rayonunda 2 yaşlı körpə yol qəzasında ağır xəsarət alıb

Bakının Suraxanı rayonunda 2 yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2022-ci il təvəllüdlü N.Qarayev ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.