Suraxanı Maşınqayırma Zavodunda fəhlə ağır xəsarət alıb

Hadisə
  • 08 may, 2018
  • 22:50
Suraxanı Maşınqayırma Zavodunda fəhlə ağır xəsarət alıb

Bakı. 9 may. REPORT.AZ/ Bakının Suraxanı rayonunda bir nəfər istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət alıb.

“Report” xəbər verir ki, 1963-cü il təvəllüdlü Tağıyev Bəhram Qurban oğlu Suraxanı Maşınqayırma Zavodunda iş görərkən dəzgahın yanına yıxılıb.

Bədən və baş nahiyələrindən ağır xəsarət alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.