Sumqayıtda silah-sursat aşkarlanıb

Hadisə
  • 27 fevral, 2025
  • 09:17
Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkar olunub.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində və Bulvar ərazisində qeydə alınıb.

Hər iki ərazidən ümumilikdə 2 ədəd “AKM” markalı “Kalaşnikov” avtomatı və 1 ədəd patron darağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.