Sumqayıtda qadına qarşı 303 minlik dələduzluq edən şəxsə hökm oxunub
- 09 iyul, 2018
- 07:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əhməd Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Quliyev özünü iş adamı kimi təqdim edərək Sumqayıt sakini Məhburə Hüseynovanın etibarında sui-istifadə edib, onun 303 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
O, obyekt tikib çıxarış alacağı adı ilə həmin qadını aldadıb.
Zərərçəkənin şikayəti əsasında Ə.Quliyev saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, lakin barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Daha sonra Ə.Quliyev istintaqdan yayından yayınıb və məhkəmə onun barəsində axtarış elan edilib və həbs olunub.