​Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Hadisə
  • 24 mart, 2015
  • 23:34
​Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 25 mart. REPORT.AZ/ Sumqayıt şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açaraq zərərçəkmişi xilas edib və aidiyyəti üzrə təhvil veriblər.