Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb

Hadisə
  • 16 oktyabr, 2019
  • 07:40
Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb

Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Cəfərov və Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan artıq heroin aşkar edilərək götürülüb.

44 - Tezliklə