Sumqayıtda iki uşaq anasını maşın vuraraq öldürüb
Hadisə
- 21 sentyabr, 2018
- 12:25
Sumqayıt. 21 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin "Şərq Bazarı" adlanan ərazisinin yaxınlığında qeydə alınıb.
Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Aynaxanım İsabala qızı Rəhimovanı yolu keçərəkən avtomobil vurub. A.Rəhimova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisə qadın uşaqlarını məktəbə aparıb qoyduqdan sonra baş verib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
18:41
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq
Digər ölkələr18:24
Foto
Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub
Fərdi18:10
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 675-ə çatıb - YENİLƏNİB-2
Digər ölkələr17:51
Merts Leypsiq hava limanında dron hücumuna görə Rusiyanı günahlandırmaq niyyətindədir
Digər ölkələr17:33
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb
Region17:27
İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib
Futbol17:12
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
Din16:57
Azərbaycanda əmlak sığortası bazarı 24 %-ə yaxın böyüyüb
Maliyyə16:46