Sumqayıtda dükan sahibi işçisi tərəfindən qətlə yetirilib - YENİLƏNİB-2
- 24 may, 2018
- 18:38
Sumqayıt. 24 may. REPORT.AZ/ Sumqayıt şəhərində baş verən qətlin təfərrüatı məlum olub.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, şəhər ərazisində yerləşən meyvə-tərəvəz dükanının sahibi Vüqar Quliyev satıcı tərəfindən qətlə yetirilib.
Belə ki, dükanın sahibi satıcını səhər işə gec gəldiyi üçün danlayıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı hələlik adı məlum olmayan satıcı dükanın sahibini bıçaqlayaraq qətlə yetirib.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***22:13
Sumqayıt. 24 may. REPORT.AZ/ Sumqayıt şəhərində qətlə yetirilən şəxsin adı məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, bu, şəhər sakini, 1979-cu il təvəllüdlü Vüqar Ənvər oğlu Quliyevdir.
Məlumata görə, V.Quliyev stadionun yaxınlığında yerləşən meyvə-tərəvəz dükanının sahibidir.
Faktla bağlı araşdırmalara başlanılıb.
***21:44
Sumqayıt. 24 may. REPORT.AZ/ Sumqayıt şəhər sakini qətlə yetirilib.
"Report"un yerli bürosu xəbər verir ki, şəhər ərazisində yerləşən Mehdi Hüseynzadə adına stadionun yaxınlığında baş veribş
Hələlik adı məlum olmayan şəxslər arasında mübahisə yaranıb. Mübahisə zəmnində bir nəfər bıçaqlanaraq qətlə yetirilib.
Əlavə məlumat veriləcək.