Sumqayıtda daha bir ağır qəza baş verib: 3 ölü, 1 yaralı
Hadisə
- 17 sentyabr, 2015
- 06:38
Bakı. 17 sentyabr. REPORT.AZ/ Sumqayıtda avtomobil yolun kənarında dayanan 4 nəfəri vurub, yaralılardan 3-ü ölüb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, sentyabrın 16-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi "Hyundai" markalı avtomobillə yolun kənarında dayanan Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurub. Nəticədə S.Məlikov, F.İsmayılov və L.Məmmədov hadisə yerində ölüb, N.Babayev və N.Kazımova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.
Son xəbərlər
09:30
Deputat: Suverenliyin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq mərhələsi üçün hüquqi zəmin yaradıb
Daxili siyasət09:14
PSJ prezidenti barəsində istintaq başlanılıb
Futbol09:05
Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Futbol09:00
Ağ Evin yaxınlığında Trampla görüş tələb edən kişi saxlanılıb
Digər ölkələr08:44
Video
"Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
Media08:28
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
Region08:01
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
Xarici siyasət07:36
Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
Digər ölkələr07:14