Sumqayıtda ağır yol qəzası baş verib, iki nəfər yaralanıb
Hadisə
- 27 mart, 2024
- 00:20
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, “Khazar” markalı avtomobillə toqquşan “Toyota Prius” markalı nəqliyyat vasitəsi öncə yol nişanına dəyib, daha sonra ağaca çırpılaraq aşıb.
Qəza zamanı “Toyota Prius”un sürücüsü Murad İmanov və onun sərnişini (şəxsiyyəti dəqiqləşdirilir) müxtəlif bədən xəsarətləri alıblar.
Onlar dərhal xəstəxanaya çatdırılıblar. Murad İmanovun vəziyyətinin ağır olduğu bildirilir.
Qəzada yol infrastrukturuna ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:02
"Fənərbağça" başından xəsarət alan Kerem Aktürkoğlunun durumunu açıqlayıb
Futbol13:57
Qazaxıstanda Qurultay seçkilərində seçici fəallığı 50%-i ötüb
Region13:45
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
Xarici siyasət13:37
Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşub, yaralılar var
Hadisə13:23
Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi
Xarici siyasət13:06
Zelenski: Müharibənin 2027-ci ilin yayının sonunadək başa çatdırmağın real olduğunu düşünürəm
Digər ölkələr13:05
Video
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
Xarici siyasət12:58
Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
Fərdi12:50