Sumqayıtda ağır qəza zamanı yol polisi ölüb, daha iki nəfər yaralanıb
Hadisə
- 14 may, 2018
- 20:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Abşeron. 15 may. REPORT.AZ/ Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü Xızı rayon sakini Bəkirzadə Xəyyam Yusif oğlu Bakı-Quba yolunun 34-cü km-də, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən "Ford" markalı maşınla toqquşub.
Ağır qəza zamanı sürücü Xəyyam Bəkirzadə elə yerindəcə ölüb. Digər avtomobildə olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı avtomobillərdən biri yanaraq kül olub.
X.Bəkirzadə Xızı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır və növbədən çıxaraq şəxsi avtomobili ilə evə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:17
İki prokurorluq əməkdaşı hakim təyin edilib
Hadisə
10:10
Pakistanda qatarın relsdən çıxması nəticəsində 4 nəfər ölüb, 49 nəfər yaralanıb
Digər ölkələr
10:05
Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
İnfrastruktur
10:04
TƏBİB: Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib
Sağlamlıq
10:03
Foto
NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub
Hərbi
10:01
Azərbaycan güləşçisi Elmir Əliyev U-23 dünya çempionatında finala vəsiqə qazanıb
Fərdi
09:56
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Biznes
09:55
Foto
Azərbaycanda 17 ölkənin 19 diplomatı ixtisasartırma kursunu bitirib
Xarici siyasət
09:54
Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var
Digər ölkələr