Sumqayıtda 32 yaşlı qadın itkin düşüb

Hadisə
  • 16 yanvar, 2024
  • 04:01
Sumqayıtda 32 yaşlı qadın itkin düşüb

Sumqayıt şəhərində 32 yaşlı qadın itkin düşüb.

“Report”un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Qaniyeva Əfsun Bəhmən qızı 16-cı mikrorayonda yaşadığı evdən heç bir söz demədən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.