Sumqayıt sakinlərinə hədə-qorxu gəlməkdə təqsirləndirilən gənclərin ibtidai istintaqı başa çatıb
- 05 dekabr, 2018
- 14:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 dekabr. REPORT.AZ/ Sumqayıtda sakinləri ölümlə hədələyərək onlardan pul tələb etməkdə təqsirləndirilən 2000-ci il təvəlüdlü Nicat Rzazadə, 2001-ci il təvəllüdlülər - Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un məlumatına görə, gənclər barəsində cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi Əhməd Quliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 13-nə təyin edilib.
Qeyd edək ki, adları keçən şəxslər özlərini "kriminal aləm"in üzvləri kimi apararaq əvvəldən tanıdıqları Sumqayıt şəhər sakinləri - Çinarə Əliyeva, Ziyad Həsənov, Elmin Miriyev, Məhəmməd Həsənzadə və Rüstəm Əhmədovu döyməklə, öldürməklə və yandırmaqla hədə-qorxu gələrək pul tələb ediblər.
Onlar həmçinin bir neçə şəxsin mobil telefonunu da alaraq qaytarmayıblar.
Zərərçəkənlərin şikayəti əsasında hər üç şəxs saxlanılıb.