Sumqayıt sakini sərxoş vəziyyətdə metroda yıxılaraq xəsarət alıb - FOTO

Hadisə
  • 01 mart, 2018
  • 15:21
Sumqayıt sakini sərxoş vəziyyətdə metroda yıxılaraq xəsarət alıb - FOTO
Report

Bakı. 1 mart. REPORT.AZ/ Bir qədər əvvəl metronun bənövşəyi xəttinin (“Avtrovağzal” stansiyasına gedən) “Memar Əcəmi” stansiyasında bir nəfər yıxılaraq xəsarət alıb.

Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt şəhərinin sakini olan 27 yaşlı Anar Məmmədov sərxoş vəziyyətdə qatara çatmaq üçün pilləkənlərdən qaça-qaça düşüb. Bu zaman onun ayağı sürüşərək yıxılıb və başından xəsarət alıb. Vətəndaş polis əməkdaşlarının və sərnişinlərin köməyi ilə təcili tibbi yardım xidmətinə təhvil verilib.

44 - Tezliklə