İndiyədək mina və partlamamış hərbi sursatlardan təmizlənən ərazilərin həcmi açıqlanıb

Hadisə
  • 21 dekabr, 2023
  • 12:28
İndiyədək mina və partlamamış hərbi sursatlardan təmizlənən ərazilərin həcmi açıqlanıb

2020-ci ilin noyabr ayından indiyədək 115 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

"Report" xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İnvestisiya Forumunda panel çıxışı zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

O qeyd edib ki, minatəmizləmə sahəsində müxtəlif avadanlıqlardan, o cümlədən qardaş Türkiyənin istehsal etdiyi robotlardan istifadə olunur.

"Biz uzaqdan idarə olunan robotlar və piyada əleyhinə minalara qarşı maşınlar kimi müxtəlif texnologiyalardan istifadə edirik. Bu, minaların, o cümlədən tank əleyhinə minaların məhv edilməsində mühüm rol oynayır. İşğaldan azad edilən əraziləri təmizləmək üçün Türkiyə istehsalı olan robotlar və minatəmizləmə maşınlarından da istifadə edilir", - deyə sədr müavini əlavə edib.

44 filmi