Siyəzəndə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
- 20 noyabr, 2023
- 08:36
Siyəzən rayonunda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində Xaçmaz rayon sakini - 1994-cü il təvəllüdlü Qəribov Hüseynağa İsa oğlunu yolu keçərkən avtomobil vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:45
Ərdoğan Yaponiya Baş naziri ilə ABŞ-İran müharibəsini müzakirə edib
Region14:43
Bakı və Sofiya süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər
Xarici siyasət14:42
Foto
Video
"Yaşıl Cümə" yenidən "İrşad"da!
Biznes14:40
Ali Rada Xmaranın müdafiə naziri vəzifəsinə namizədliyini dəstəkləyib
Digər ölkələr14:39
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
Biznes14:30
"Roma" Rodriqu Moranı heyətinə qatdığını açıqlayıb
Futbol14:27
Azərbaycanda IPTV abunəçilərinin sayı son 5 ildə 14 dəfəyə yaxın artıb
İKT14:25
Zelenski Ukrayna Prezidenti Ofisi rəhbərinin müavinini vəzifəsindən azad edib
Digər ölkələr14:20