Siyəzəndə avtomobil orta yaşlı qadını vuraraq öldürüb - YENİLƏNİB
- 04 dekabr, 2018
- 09:43
Siyəzən. 4 dekabr. REPORT.AZ/ Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
"Report"yerli bürosu xəbər verir ki, Şabran şəhər sakini Əhməd Sətdarov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 45 yaşlı Zəminə Orucovanı vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Siyəzən rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
*** 11:26
Siyəzən. 4 dekabr. REPORT.AZ/ Siyəzən rayonunda qadın piayadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Həlik şəxsiyyəti məlum olmayan qadını avtomobil vurub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.