DGK: Azərbaycana siqaretin içində marixuana gətirilməsinin qarşısı alınıb
Hadisə
- 09 fevral, 2019
- 12:08
Bakı. 9 fevral. REPORT.AZ/ Gömrük orqanları Azərbaycan vətəndaşının Gürcüstandan ölkəyə siqaretin içində marixuana keçirməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.
Yoxlama zamanı, vətəndaşa məxsus "Marlboro" markalı siqaretinin birinin filterinin çıxarıldığı və yerinə kağız bükülü qoyulduğu, digər siqaretində eyni qaydada olduğu və yarıya qədər çəkildiyi diqqət çəkib. Baxış zamanı 2 ədəd siqaretin içərisində təqribi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:33
WSJ: ABŞ-nin ordu naziri Driskoll istefa verib
Digər ölkələr02:18
Polşa dron istehsalı zavodunun yandırılmasında xarici kəşfiyyatın izinin olduğunu açıqlayıb
Digər ölkələr01:53
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
Futbol01:35
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
Hadisə01:11
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət00:44
Tramp İrana nüvə zərbələri endirilməsini istisna edib - YENİLƏNİB
Digər ölkələr00:41
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir
Digər ölkələr00:13
Ankarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq
Mədəniyyət siyasəti23:52