Seysmoloji Xidmət Mərkəzi: Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib

Hadisə
  • 15 noyabr, 2017
  • 20:31
Seysmoloji Xidmət Mərkəzi: Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda baş verən zəlzələ barəsində rəsmi məlumat yayıb.

“Report” Xidmətin saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.