Bakıda sərxoş vəziyyətdə avtomobillə piyadanı vuraraq öldürən sürücünün məhkəməsi başlayıb

Hadisə
  • 15 mart, 2019
  • 07:02
Bakıda sərxoş vəziyyətdə avtomobillə piyadanı vuraraq öldürən sürücünün məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Həsənov Əli Bəhlul oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 28-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 9-da saat 22 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Həsənov Əli Bəhlul oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E 220” markalı, 90-KS-784 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Ramana qəsəbəsində hərəkətdə olarkən piyada, 1954-cü il təvəllüdlü Məmmədov Bəhram İsmayıl oğlunu vurub, sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.