Şərurda avtomobil qaz xəttinə çırpılıb
Hadisə
- 27 sentyabr, 2025
- 17:35
Şərurda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.
"Report"un yerli bürosunun məlumatına görə, Şərur rayon Dizə kəndində minik avtomobili qaz xəttinə çırpılıb.
Qəza nəticəsində qaz borusu zədələnib. Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb.
Bərpa işləri yekunlaşan kimi (qısa müddət ərzində yekunlaşması nəzərdə tutulur) sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
Son xəbərlər
11:52
2014-cü ildən bu günədək readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib
Daxili siyasət11:52
"Ermənistan" blokunun namizədi seçkiqabağı rüşvət cinayəti üzrə saxlanılıb
Region11:50
Azərbaycan güləşçisi Vəfa Orucova dünya çempionatındakı ilk görüşündə uduzub
Fərdi11:47
"Karvan-Yevlax" Kamal Kazımovu transfer edib
Futbol11:44
Vüsal Hüseynov: İlin ilk yarımilində Azərbaycana 1 milyondan çox əcnəbi gəlib
Daxili siyasət11:31
Azərbaycan güləşçisi Rəna Nuriyeva dünya çempionatında meksikalı rəqibinə məğlub olub
Fərdi11:29
Foto
Türkiyədən Azərbaycana gətirilən nektarin tingində virus aşkarlanıb
Sağlamlıq11:29
AMB "Tiko Azərbaycan"a icrası məcburi göstəriş verib
Maliyyə11:27