Şəmkirdə idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var

Hadisə
  • 04 oktyabr, 2025
  • 22:41
Şəmkirdə idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var

Şəmkirdə idarəetmədən çıxan avtomobil aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kənd ərazisində baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü İsmayılova Nərgiz Rəhman qızı idarə etdiyi "Toyota Prius" markalı avtomobili aşırıb.

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü İsmayılova Nərgiz Rəhman qızının idarə etdiyi "Toyota Prius" markalı avtomobilin aşması nəticəsində sürücü və sərnişinlər - 1995-ci il təvəllüdlü Bayramov Seymur Akif oğlu, 1964-cü il təvəllüdlü Mirzəyeva Cəmilə Tapdıq qızı, 2014-cü il təvəllüdlü Bayramzadə Mələk Seymur qızı, 2016-cı il təvəllüdlü Bayramzadə Aysel Seymur qızı və 2019-cu il təvəllüdlü Bayramzadə Yusif Seymur oğlu xəsarət alıblar

Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti