Şəmkirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var - YENİLƏNİB
- 14 iyul, 2021
- 21:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəmkirdə avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alanlar "QAZel" markalı kiçik tutumlu yük maşınında olan Ağstafa rayon sakinləri, 1982-ci il təvəllüdlü Şahin Siyavuş oğlu Məmmədov və Ədalət Bayramovdur.
Qəza nəticəsində dünyasını dəyişənlərin şəxsiyyəti isə dəqiqləşdirilir.
Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində, "QAZel" markalı kiçik tutumlu yük maşınınla "QAZ-31" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
00:37
Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.
"QAZel" markalı kiçik tutumlu yük maşını ilə "QAZ-31" markalı minik avtomobili toqquşub.
Nəticədə " "QAZ-31"də olan 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlər alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.