Şəkidə sel fəsadlara səbəb olub
Hadisə
- 13 avqust, 2026
- 01:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Güclü leysan yağışlarının yağması nəticəsində Şəki rayonundan keçən dağ çaylarında suyun səviyyəsi artıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, sel suları nəticəsində dağlıq ərazilərdən lil və çınqıl kütləsi Kiş kəndindən yuxarıda yerləşən istirahət mərkəzlərinə gedən avtomobil yoluna tökülüb.
Nəticədə yolda hərəkət məhdudlaşıb. Bir neçə avtomobil lilə batıb, lakin sakinlərin köməyi ilə ərazidən çıxarılıb.
Hazırda ərazidə ağır texnikanın köməyi ilə yolun təmizlənməsi istiqamətində işlər aparılır. İstirahət mərkəzlərində olan vətəndaşların isə yolsuzluq şəraitinə uyğun avtomobillərlə keçidi təmin olunub.
Son xəbərlər
13:26
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib
Digər13:26
Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
Fərdi13:20
Nazir: "Suvarma suyunun gecikdirilməsi aqrar sığorta ödənişi ilə kompensasiya olunur"
ASK13:14
Ukrayna səfiri: Azərbaycanın qardaş dəstəyini həmişə xatırlayacağıq
Xarici siyasət13:13
Sonya Krayçova: "Bakı-Bratislava birbaşa reysləri turizm və biznes üçün yeni imkanlar açacaq"
Turizm13:12
Rubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı
Digər ölkələr13:11
"Çelsi" 16 yaşlı hücumçusu Eduardo Konseysaonun transferi üçün hərəkətə keçib
Futbol13:09
Nazir: "Heç kim artezian quyusuna sahib çıxmaq istəmir"
ASK13:03