Şəkidə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Hadisə
- 16 sentyabr, 2017
- 08:26
Şəki.16 sentyabr.REPORT.AZ/ Şəkidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Şəki rayonu Qırxbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mersedes" və "UAZ" markalı avtomobillərinin toqquşması nəticəsində "Mersedes"də olan sərnişin Xatirə Məmmədova,"UAZ" markalı avtomobildə olan sərnişinlər Almaz Nürəddinova, Etibar Rənibov, Almaz Abdullayeva və Nəsibə Hüseynova bədən xəsarətləri alıblar.
Xəsarət alan sərnişinlər hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım maşını ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, bütün yaralıların vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
22:54
İmişlidə avtomobilin vurduğu piyada ölüb
Hadisə22:50
Polina Rəhimova: "Növbəti matçlarda daha yaxşı oynamağa çalışacağıq"
Fərdi22:46
ABŞ Konqresi Norveçə 2,3 milyard dollar "Black Hawk" helikopterlərinin satışını nəzərdən keçirəcək
Digər ölkələr22:42
Ankarada mədəndə baş verən uçqunda yaralananların sayı 19-a yüksəlib - YENİLƏNİB
Region22:34
Ayşən Abduləzimova: "Portuqaliya ilə oyunda çox əziyyət çəkdik"
Komanda22:20
Oman və İranın XİN rəhbərləri Hörmüzdəki vəziyyəti müzakirə ediblər
Digər ölkələr21:52
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək
Biznes21:44
Rusiyanın Krivoy Roqa hücumunda ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB-3
Digər ölkələr21:40
Foto