Şəkidə at əti satışının qarşısı alınıb
Hadisə
- 13 avqust, 2016
- 11:57
Şəki. 13 avqust. REPORT.AZ/ Şəkidə at əti satışının qarşısı alınıb.
“Report”un Şimal-Qərb bürosunun məlumatına görə, polis əməkdaşları Şəki şəhər sakini Çingiz Məmmədovun həyətyanı sahəsinə baxış keçirən zaman burada saxlanılan 8 baş kəsilmiş atın ətini aşkarlayıblar.
Araşdırma zamanı məlum olub ki, Ç.Məmmədov bir neçə müddətdir ki, bu işlə məşğul olur. O, Şəki və Bərdə bazarlarından aldığı atları öz həyətyanı sahəsində kəsərək mal əti adı ilə satıb.
Şəki şəhər Baytarlıq İdarəsinin əməkdaşlarının iştirakı ilə faktla bağlı akt tərtib olunub.
Aşkarlanmış at əti yandırılma yolu ilə məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
13:21
Emin Əmrullayev: PISA nəticələrindəki artım Azərbaycan müəllimlərinin uğurudur
Elm və təhsil13:19
UEFA Çempionlar Liqası: "Mançester Yunayted" - "Sabah" oyununu fransalı hakim idarə edəcək
Futbol13:18
Foto
Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərib
Elm və təhsil13:12
Azərbaycanda süni intellekt modellərinin sınaqdan keçirildiyi fermer sahələri açıqlanıb
ASK13:06
PISA 2025: Oxu savadlılığı üzrə nəticə pandemiya təsirlərinin aradan qalxdığını göstərir
Elm və təhsil13:05
Video
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb
Fərdi13:05
İqlim dəyişikliyinin fermerlərə təsirləri açıqlanıb
ASK13:02
Nazir: Azərbaycan PISA nəticələrində artıma görə dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir
Elm və təhsil13:01