Şəkidə ağır yol qəzası baş verib, ölən və yaralanan var
Hadisə
- 20 aprel, 2015
- 04:06
Bakı. 20 aprel. REPORT.AZ/ Şəki rayonunun İnçə kəndində VAZ markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nəticədə avtomobilin sahibi 1989-cu il təvəllüdlü Züliyev Orxan Yunis oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan sərnişin isə müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi yardım tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat saat 04:01-də başa çatıb.
Son xəbərlər
11:44
"Qarabağ"a Bakıda uduzan "Dinamo" antirekorda imza atıb
Futbol11:44
"Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib
Region11:39
Foto
Babək, Culfa və Ordubaddakı mədəniyyət saraylarında əsaslı təmir işləri aparılacaq
Mədəniyyət siyasəti11:33
Foto
Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib
Daxili siyasət11:31
Foto
Bakıda rəssam və şair Nazim Şahın sərgisi açılıb
İncəsənət11:31
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib
Sosial müdafiə11:29
Foto
Türkiyə, İran və Azərbaycan arasında yük axınını artırmaq üçün tədbirlər müəyyənləşib
İnfrastruktur11:29
Aysun Muradova: "'Sakaryaspor'da məqsədim Türkiyə çempionu olmaqdır"
Futbol11:06